BAKI, 25 mart - Sputnik. Bu gün Sumqayıt şəhərinin bir hissəsində elektrik enerjisinin verilişində fasilə yaranacaq.
Bunu Sputnik Azərbaycan-a "Azərişıq" ASC-nin mətbuat xidmətinin rəhbəri Tanrıverdi Mustafayev bildirib.
Onun sözlərinə görə, fasilə Sumqayıt Dəmiryolu İdarəsinin tunel tikintisi ilə bağlıdır.
"Sumqayıt Dəmiryolu İdarəsi tunel-keçid tikir. Bu səbəbdən də həmin ərazidən elektrik xəttlərinin köçürülməsi həyata keçirilməlidir. Köçürülmə səbəbindən Sumqayıtın 8, 9, 10, 11, 17 və 18-ci mikrorayon ərazilərində elektrik enerjisinin verilişində fasilə yaranacaq. Fasilə müxtəlif saatlarda ayrı-ayrı əraziıərdə 1 saata qədər davam edəcək", - T.Mustafayev əlavə edib.
"Azərişıq" ASC yaranacaq narahatlığa görə, abunəçilərdən üzr istəyib.
Xatırladaq ki, iki gün öncə Bakının bəzi qəsəbələrinə elektrik enerjisinin verilməsində də bir neçə saatlıq fasilələr yaranmışdı.