BAKI, 24 mart — Sputnik. Bakıda dənizdə batan şəxs xilas edilib.
Sputnik Azərbaycan Fövqəladə Hallar Nazirliyinə istinadla verdiyi məlumata əsasən, Fövqəladə Hallar Nazirliyinin “112” qaynar telefon xəttinə Bakı şəhərinin Səbail rayonunda 1 nəfərin dənizə düşməsi barədə məlumat daxil olub.
Dərhal hadisə yerinə cəlb olunan Kiçikhəcmli Gəmilərə Nəzarət və Sularda Xilasetmə Dövlət Xidmətinin müvafiq xilasetmə qüvvələri vətəndaşı sudan çıxararaq aidiyyəti üzrə təhvil veriblər.