Türkiyədən acı xəbər gəldi: Ölən və xeyli yaralanan var

Zirehli avtomobilin devrilməsinin səbəbləri bəlli deyil
Sputnik

BAKI, 24 mart — Sputnik. Türkiyədə hərbçiləri daşıyan avtomobilin qəzaya uğraması nəticəsində ölən və yaralananlar var.

Sputnik AzərbaycanSözçü-yə istinadla xəbər verir ki, hadisə Şırnak vilayətində, Silop rayonunda qeydə alınıb.

Cizre-Şırnak yolunda zirehli avtomobilin aşması nəticəsində 1 əsgər ölüb, daha 20 əsgər yaralanıb. Yaralılar xəstəxanalara yerləşdirilib.

Məlumata görə, avtomobil əsgərləri Şerafettin Elçi hava limanına aparırmış.

Qəzanın başvermə səbəbi barədə məlumat verilmir.