HADİSƏ

Göyçayda gənc oğlan qəflətən öldü

24 yaşlı oğlanın bədən temperaturu qəflətən 42 dərəcəyə qalxıb
Sputnik

BAKI, 24 mart — Sputnik. Göyçayda gənc oğlan epilepsiya xəstəliyindən ölüb.

Yeni xəstəxana açılıb

Sputnik Azərbaycan ONA-ya istinadla xəbər verir ki, rayonun Müskürlü kənd sakini, 1995-ci il təvəllüdlü Rəsulov Taleh İldırım oğlunun bədən temperaturu qəflətən 42 dərəcəyə qalxıb.

Taleh Rəsulov qıcolma vəziyyətində rayon təcili tibbi yardım stansiyasının avtomobili ilə Göyçay rayon Mərkəzi Xəstəxanasının qəbul şöbəsinə çatdırılsa da, onun həyatını xilas etmək mümkün olmayıb.

Xəstəxanadan verilən məlumata görə, T. Rəsulov epilepsiya xəstəliyi ilə əlaqədar Göyçay rayon Mərkəzi Xəstəxanasının poliklinika şöbəsində qeydiyyatda olub, evdə dərmanları mütəmadi qəbul etmədiyi üçün vəziyyəti ağırlaşıb və vəziyyəti ağırlaşdıqdan sonra təcili tibbi yardım stansiyasına müraciət edilib.

Onun epileptik status, 4-cü dərəcəli komaya düşməsi səbəbindən öldüyü  bildirilir.

Faktla bağlı araşdırma aparılır.