Zakir Həsənov Pakistanda hərbi paradı izləyib

Hərbi paradda ölkəmizi Azərbaycan Ordusunun parad heyəti təmsil edib
Sputnik

BAKI, 23 mart – Sputnik. Pakistan İslam Respublikasında rəsmi səfərdə olan Azərbaycan Müdafiə Nazirliyinin nümayəndə heyəti martın 23-də Pakistanın “Milli Günü”nə həsr olunmuş hərbi paradı izləyib.

Zakir Həsənov Pakistanda hərbi paradı izləyib

Müdafiə Nazirliyinin mətbuat xidmətindən Sputnik Azərbaycan-a verilən məlumata görə, paradda fəxri qonaq qismində müdafiə naziri general-polkovnik Zakir Həsənov iştirak edib.

Bir çox dövlətlərin silahlı qüvvələrinin nümayəndələrinin qatıldığı hərbi paradda ölkəmizi Azərbaycan Ordusunun parad heyəti təmsil edib.