Sürücülərə xəbərdarlıq olunur

Məhdudlaşma martın 24-ü gün ərzində aradan qaldırılacaq
Sputnik

BAKI, 23 mart – Sputnik. Aparılan təmir-tikinti işləri ilə əlaqədar olaraq mart ayının 23-ü səhər saatlarından Binəqədi rayonu, Biləcəri qəsəbəsi Ordubadi küçəsi ilə avtonəqliyyat vasitələrinin hərəkəti məhdudlaşdırılıb.

Azərbaycan Avtomobil Yolları Dövlət Agentliyinin (AAYDA) mətbuat xidmətindən Sputnik Azərbaycan-a verilən məlumata görə, məhdudlaşma martın 24-ü gün ərzində aradan qaldırılacaq.

Nəqliyyat sıxlığının yaranmaması üçün sürücülərdən öncədən hərəkət istiqamətlərinə uyğun alternativ yollardan istifadə etmələri tövsiyə olunur. Yarana biləcək müvəqqəti narahatlığa görə, AAYDA vətəndaşlardan üzr istəyir və aparılan işlərə anlayışla yanaşmalarını xahiş edir.