İQTİSADİYYAT

Eyyub Hüseynov: “Əhali boykot etsə, dövlət orqanlarının qərarları yerinə yetirilər”

Azad İstehlakçılar Birliyinin(AİB) sədri Eyyub Hüseynov deyir ki, görüləcək tədbirlər ətraf mühitin çirklənməsinin qarsının alınmasına təsir edəcək
Sputnik

“Restoranların və şadlıq saraylarının ekologiyaya vurduğu ziyana qarşı dövlət orqanlarının gördüyü işlər təqdirə layiqdir”. Bunu Sputnik Azərbaycan-a açıqlamasında  Azad İstehlakçılar Birliyinin(AİB) sədri Eyyub Hüseynov deyib

O bildirib ki, görüləcək tədbirlər ətraf mühitin çirklənməsinin qarsının alınmasına və insanları narahat edən halların aradan qaldırılmasına təsir edəcək: “Bu işdə əhalinin fəallığı lazımdır. Əgər əhali elə yerləri boykot etsə, dövlət orqanlarının qərarları asanlıqla yerinə yetirilər. AİB ETSN-nin cərimələdiyi və xəbərdarlıq etdiyi şadlıq və restoranlardan əhalinin imtina etməsi üçün iş aparacaq”.

Qeyd edək ki, ötən il Bakı Şəhər İcra Hakimiyyəti və Ekologiya və Təbii Sərvətlər Nazirliyinin təşəbbüsü ilə Nizami Rayon İcra Hakimiyyətində keçirilmiş müşavirədə ictimai iaşə obyektləri, restoran, kafe, şadlıq saraylarının fəaliyyətləri və insanların rahatlıqları arasında ziddiyyətləri aradan qaldırmaq üçün həmin müəssisələrdə müvafiq təmizləyici cihazlar quraşdırılması təklif edilmişdi.

Eyyub Hüseynovun geniş şərhinə audiofaylda qulaq asa bilərsiniz