BAKI, 23 mart – Sputnik. Türkiyə prezidenti Rəcəb Tayyib Ərdoğan Rusiyaya səfər edəcək. Bu barədə Sputnik Azərbaycan Rusiya KİV-nə istinadən xəbər verir.
Türkiyə prezidenti aprelin 8-də Rusiyaya gedəcək.
Daha əvvəl Türkiyənin mədəniyyət və turizm nazirinin müavini Ahmet Haluk Dursun bildirmişdi ki, aprelin 8-də Moskvada Böyük Teatrda "Troya" türk operasının nümayişi ilə Mədəniyyət və turizm ili start götürəcək.
Açılış mərasimində hər iki ölkənin prezidentinin iştirak edəcəyi gözlənilir.