HADİSƏ

Bakıda yanğın həyəcanı

Hadisə yerinə FHN əməkdaşları cəlb olunub
Sputnik

BAKI, 23 mart - Sputnik. Bakı şəhərinin Xəzər rayonunda ümumi sahəsi 100 m² olan birmərtəbəli 4 otaqlı evin dam örtüyünün yanar konstruksiyaları 15 m² sahədə yanıb.

Fövqəladə Hallar Nazirliyinin (FHN) mətbuat xidmətindən Sputnik Azərbaycan-a verilən məlumata görə, yüksək temperaturdan evin çöl divarında quraşdırılan məişət avadanlığı qismən əriyib.

Evin qalan hissəsi yanğından mühafizə olunub. Yanğın yanğından mühafizə bölmələri tərəfindən söndürülüb.