BAKI, 22 mart - Sputnik. Fövqəladə Hallar Nazirliyinin (FHN) "112" qaynar telefon xəttinə Bakı şəhərinin Xətai rayonunda çarpayıdan yıxılan xəstə kişiyə müvafiq köməkliyin göstərilməsi üçün müraciət daxil olub.
FHN-in mətbuat xidmətindən Sputnik Azərbaycan-a verilən məlumata görə, Xüsusi Riskli Xilasetmə Xidmətinin xilasetmə qrupu göstərilən ünvana gələrək vətəndaşa müvafiq köməklik göstərib. Əməliyyat başa çatıb.