SƏHİYYƏ

Həkimlərdən ciddi xəbərdarlıq

Gündəlik olaraq 5-6 qramdan artıq duz yeməmək məsləhət görülür
Sputnik

BAKI, 22 mart – Sputnik. Həddindən artıq duzlu qidalardan istifadə etmək müxtəlif xəstəliklərə, o cümlədən də böyrək xəstəliyinə səbəb olur. Sputnik Azərbaycan-ın Türkiyə mediasına istinadən xəbərinə görə, həkimlər həddindən artıq duzlu qidaların tükətiminin damarlarda tıxanıqlığa da səbəb olduğunu deylər.

Mütəxəssislər xroniki böyrək xəstəliyi ilə bağlı da xəbərdarlıq ediblər. Onların sözlərinə görə, davamlı qaşınma və qusma bu xəstəliyin ilkin əlaməti hesab edilir.

Həkimlər yalnız erkən diaqnozla xroniki böyrək çatışmazlığı xəstəliyinin irəliləməsinin qarşısının alına biləcəyini söyləyirlər. Mütəxəssislər böyrək xəstəliklərinin yaranmasının qarşısını almaq üçün gündəlik olaraq 5-6 qramdan artıq duz yeməməyi məsləhət görürlər.