HADİSƏ

Ağır qəzaya səbəb olan sürücü həbs edildi

İstanbulda sərnişin avtobusu qəzaya uğrayıb - çoxlu sayda yaralı var
Sputnik

BAKI, 21 mart - Sputnik. İstanbulda sərnişin avtobusu qəzaya uğrayıb, çoxlu sayda yaralı var.

Sputnik Azərbaycan “Haber7”ə istinadla xəbər verir ki, qəza nəticəsində ilkin məlumata görə, 4 nəfər yaralanıb. Hadisə yerinə çoxlu sayda təcili tibbi yardım maşınları və polislər gəlib.

Texniki nasazlıq səbəbindən avtobus idarəetmədən çıxaraq avtomobil dayanacağına girib. Dayanacağa girən sərnişin avtobusu avtomobillərə çırpılıb.
Yaralananlar xəstaxanaya aparılıb.

Avtobusun sürücüsü Yüksel Kostuk həbs edilib. O, ilkin ifadəsində nəqliyyat vasitəsində nasazlıq yarandığını və nəzarətdən çıxdığını söyləyib.
Hadisə ilə əlaqədar araşdırma aparılır.