İQTİSADİYYAT

Bayram vaxtı qiymətlər niyə artır - ekspert açıqladı

İqtisadçı ekspert Fuad İbrahimov deyir ki, makroiqtisadi sabitliyin pozulduğu yerlərdə bəzi monopolist qüvvələr vəziyyətdən istifadə edərək qiymətləri qaldırırlar
Sputnik

“Bayram qabağı qiymətlərdə artımıların təkcə Azərbaycanda baş vermir”. Bunu Sputnik Azərbaycan-a açıqlamasında iqtisadçı ekspert Fuad İbrahimov deyib.

Ekspert bildirib ki, dünyanın bir çox ölkəsində sahibkarlar tərəfindən bayram öncəsi belə addımlar atılır:

“Bu bazar münasibətlərində normal haldır. Ancaq bununla yanaşı makroiqtisadi sabitliyin pozulduğu yerlərdə bəzi monopolist qüvvələr vəziyyətdən istifadə edərək qiymətləri qaldırırlar. Hazırki vəziyyətdə Azərbaycanda dünyada gedən proseslərdən istifadə olunur. Yəni, bazar münasibətlərinə uyğun olaraq sahibkarlar qiymətlərdə müəyyən dəyişikliklər edirlər. Amma bu iqtisadiyyatı iflic etmə səviyyəsində deyil. Hazırda ölkəmizdə müşahidə olunan makroiqtisadi sabitlik fonunda hər hansı kəskin qiymət artımı proqnozlaşdırılmır”.

Ekspertin geniş şərhinə audiofaylda qulaq asa bilərsiniz