Dünyanın ən bahalı şəhərlərinin siyahısı açıqlanıb

Sinqapurda bir kiloqram çörəyin qiyməti 26 manatdan bahadır
Sputnik

BAKI, 20 mart — Sputnik. "The Economist" nəşri, dünyanın aparıcı meqapolislərində məhsul və xidmətlərin qiymətlərini müqayisə edib və dünyanın ən bahalı və ən ucuz şəhərlərinin siyahısını açıqlayıb. Sputnik Azərbaycan xəbər verir ki, bu barədə hesabat nəşrin saytında yerləşdirilib.

2018-ci ilin nəticələrinə əsasən birinci yeri Honkonq, Paris və Sinqapur tutub. 2017-ci ildə bu göstəriciyə görə Sinqapur lider olub. Qeyd olunur ki, Sinqapurda bir kiloqram çörəyin qiyməti 26 manatdan bahadır.

Dünyanın ən ucuz şəhərləri siyahısında Karakas, Dəməşq, Daşkənd və Alma-Ata qərarlaşıb.

Moskva siyahıda 102-ci yeri tutub.