Dörd ölkədən Türkiyəyə qarşı həmlə

Sabah Qüdsdə Yunan, Cənubi Kipr və İsrail liderləri ABŞ-ın iştirakı ilə toplantı keçiriləcək
Sputnik

BAKI, 20 mart — Sputnik. Aralıq dənizində neft-qaz axtarışları Yunanıstan, yunan Kipri və İsrail liderlərini bir-birilərinə yaxınlaşdırıb.

Türkiyə “boz siyahı”dakı təhlükəli terrorçunu məhv edib

Sputnik Azərbaycan "Haber7"ə istinadla xəbər verir ki, sabah Qüdsdə İsrailin baş naziri Benyamin Netanyahu, Yunanıstanın baş naziri Aleksis Çipras və Kiprin yunan kəsiminin lideri Nikos Anastasiadis arasında toplantı keçiriləcək. Toplantıya ABŞ-ın dövlət katibi Mayk Pompeo da qatılacaq.

Toplantıda üç ölkə ABŞ ilə birlikdə birgə bəyanat yayacaq. Verəcəkləri bəyanat ilə enerji və təhlükəsizlik sahəsində strateji iş birliyinin təməlləri atılacaq.

Vaşinqtonun bu üç ölkə arasında yaranan münasibətlərə siyasi cəhətdən dəstək verəcəyi gözlənilir. Hətta bu dəstəyin yalnız siyasi olaraq qalmayacağı şərhləri də güman olunur.

Bu məsələni yunan mediası geniş işıqlandırıb. Yunan mediasında deyilir ki, sözügedən bəyanatda üçlü tandemin üçüncü ölkələrə qarşı bir-birilərinin müdafiəsini də dəstəkləyəcəyi şəklində bir ifadənin yer alması gözlənilir. Yunan mediası bunu Ankaraya dolayı yolla bir mesaj olacağını bildirir.