MƏDƏNİYYƏT

Türkiyənin daha bir məşhuru dünyasını dəyişdi

Ümit Yesin “Çiçek Taksi”, “Cennet Mahallesi” kimi məşhur seriallarda rol alıb və azərbaycanlı tamaşaçıların da rəğbətini qazanıb
Sputnik

BAKI, 20 mart — Sputnik. Türkiyənin məşhur kino və serial aktyoru Ümit Yesin dünyasını dəyişib.

Sputnik Azərbaycan Türkiyə mətbuatına istinadən xəbər verir ki, 65 yaşlı aktyorun ölüm xəbəri onu sevənləri məyus edib. Qeyd edək ki, aktyorun ölüm səbəbi açıqlanmayıb.

Türkiyənin daha bir məşhuru dünyasını dəyişdi

Xatırladaq ki, Ümit Yesin “Çiçek Taksi”, “Cennet Mahallesi” kimi məşhur seriallarda rol alıb və azərbaycanlı tamaşaçıların da rəğbətini qazanıb.