Qərar verildi, Astana tarixə qovuşur

Qazaxıstan parlamenti paytaxtın Nursultan adlandırılmasını dəstəkləyib
Sputnik

BAKI, 20 mart - Sputnik. Qazaxıstan parlamentinin deputatları ikinci oxunuşda Konstitusiyaya dəyişiklik edərək ölkə paytaxtının adının birinci prezident Nursultan Nazarbayevin şərəfinə dəyişdirilməsinə dair dəyişiklikləri qəbul edib. Bu barədə Sputnik Qazaxıstan bildirir.

“Tarixi qərar qəbul edildi”, - deyə Qazaxıstan parlamentinin məclisinin (aşağı palata) sədri Nurlan Niqmatulin səsvermənin yekununda bildirib.
İndi bu dəyişiklikləri prezident imzalamalıdır.

Nursultan Nazarbayevin qızı Qazaxıstanda mühüm posta seçilib

Qeyd edək ki, dəyişikliyin edilməsinin təşəbbüskarı Kasım-Jomart Tokayev olub. O, səhər saatlarında and içib, mövcud kursa sadiq qalacağına söz verib və Astanın adının Nursultana dəyişdirilməsini təklif edib.

Yeni prezident, həmçinin Nazarbayevin şərəfinə heykəl ucaldılmasının və bütün vilayət şəhərlərinin mərkəzi küçələrinin onun adının verilməsinin vacibliyini vurğulayıb.

Qeyd edək ki, ötən gün Qazaxıstan prezidenti Nursultan Nazarbayev istefa verib.