HADİSƏ

Türkiyədə şiddətli zəlzələ olub

Hadisə nəticəsində ölən və yaralılar yoxdur
Sputnik

BAKI, 20 mart - Sputnik. Türkiyənin qərbində səhər saatlarında 6.2 bal gücündə zəlzələ baş verib. Sputnik Azərbaycan “Anadolu”ya istinadən xəbər verir ki, bu barədə Avropa Aralıq Dənizi Seysmoloji Mərkəzi məlumat yayıb.

Yeraltı təkanlar Bakı vaxtı ilə 10:34 radələrində qeydə alınıb. Zəlzələnin episentri Acıpayam şəhərindən 16 kilometr cənubdadır. Zəlzələ 27 kilometr dərinlikdə baş verib.

Hadisə nəticəsində ölən və yaralılar yoxdur.