BAKI, 20 mart - Sputnik. Qusar rayonunun Ləzə kəndinə yağan qarın hündürlüyü 28 santimetrə çatıb.
Qubada yerləşən Şimal-Şərq Regional Hidrometeorologiya Mərkəzindən AZƏRTAC-ın bölgə müxbirinə bildiriblər ki, qar Qusarla yanaşı Quba və Xızı rayonlarının dağ kəndlərinə də yağıb.
Qarın hündürlüyü Qubanın Xaltan kəndində 4, Qırızda 8, Xınalıqda 7 , Xızının Altıağac kəndində isə 2 santimetr təşkil edir.
Qar yağması ilə əlaqədar temperatur mənfi 6 dərəcəyədək aşağı düşüb. Ən aşağı temperatur Ləzə kəndində qeydə alınıb.