Qazaxıstanda yeni prezident vəzifələrinin icrasına başlayıb

Kasım-Jomart Tokayev Qazaxıstan prezidenti vəzifələrinin icrasına başlayıb
Sputnik

BAKI, 20 mart - Sputnik. Kasım-Jomart Tokayev parlament palatalarının birgə iclası zamanı Qazaxıstan xalqı qarşısında and içərək prezident vəzifəsinin icrasına başlayıb. O, ölkənin birinci prezidentinin səlahiyyət müddəti başa çatanadək (2020-ci il) prezident olacaq.

Bu barədə Sputnik Qazaxıstan xəbər verir.

Xatırladaq ki, dünən Qazaxıstan Prezidenti Nursultan Nazarbayev istefa verdiyini və qalan müddətə səlahiyyətlərini Senatın (yuxarı palatası) sədri Kasım-Jomart Tokayevə verdiyini bəyan edib.

Qazaxıstanda prezident seçkiləri 2020-ci ildə keçirilməlidir.