Sərnişinlərdə gözəl nostalji hisslər oyadan retro vaqonlar sırasında SSRİ metro tarixinin ilklərindən olan, 1934-cü ildə istifadəyə verilmiş "A", həmçinin 1953-56-cı illərin istehsalı olan "Г" və 2009-cu ilə qədər Bakı metrosunun xətlərində fəaliyyət göstərmiş "ЕЖ-3" tipli vaqonlar var.
Bakı sakinləri bu nadir eksponatlara tamaşa etmək və onların salonlarında xatirə şəkilləri çəkdirmək fürsəti əldə ediblər.
Qeyd edək ki, sözügedən vaqonlar martın 19-dan 21-nə qədər hər gün səhər 9-dan gecə 12-yə qədər nümayiş etdiriləcək.