MƏDƏNİYYƏT

Prezident fərman imzalayıb

Dövlət başçısı müvafiq qanunun tətbiqi haqqında fərman verib
Sputnik

BAKI, 19 mart — Sputnik. Prezident İlham Əliyev "Kitabxana işi haqqında" Azərbaycan Respublikasının Qanununda dəyişiklik edilməsi barədə" Azərbaycan Respublikasının 2019-cu il 19 fevral tarixli 1506-VQD nömrəli Qanununun tətbiqi haqqında fərman imzalayıb. Sputnik Azərbaycan dövlət başçısının rəsmi saytına istinadən xəbər verir ki, fərmanda deyilir:

Kitabxanalar ləğv olundu - RƏSMİ

"Azərbaycan Respublikası Konstitusiyasının 109-cu maddəsinin 19-cu və 32-ci bəndlərini rəhbər tutaraq, "Kitabxana işi haqqında" Azərbaycan Respublikasının Qanununda dəyişiklik edilməsi barədə" Azərbaycan Respublikasının 2019-cu il 19 fevral tarixli 1506-VQD nömrəli Qanununun qüvvəyə minməsi ilə əlaqədar həmin Qanunun tətbiqini təmin etmək məqsədi ilə qərara alıram:

1. Azərbaycan Respublikasının Nazirlər Kabineti:

1.1. Azərbaycan Respublikası qanunlarının və Azərbaycan Respublikası Prezidentinin aktlarının "Kitabxana işi haqqında" Azərbaycan Respublikasının Qanununda dəyişiklik edilməsi barədə" Azərbaycan Respublikasının Qanununa uyğunlaşdırılması ilə bağlı təkliflərini üç ay müddətində hazırlayıb Azərbaycan Respublikasının Prezidentinə təqdim etsin;

1.2. "Kitabxana işi haqqında" Azərbaycan Respublikası Qanununun 15-ci maddəsinin birinci hissəsinin birinci və ikinci bəndlərində nəzərdə tutulmuş orqan (qurum) barədə təkliflərini bir ay müddətində hazırlayıb Azərbaycan Respublikasının Prezidentinə təqdim etsin;

1.3. "Kitabxana işi haqqında" Azərbaycan Respublikası Qanununun 15-ci maddəsinin dördüncü hissəsinə uyğun olaraq, kitabxanaların çap məhsullarının pulsuz məcburi nüsxələri ilə təchizatı qaydasını üç ay müddətində təsdiq edib Azərbaycan Respublikasının Prezidentinə məlumat versin;

Azərbaycanlı yazıçının əsəri Ukraynanın elektron kitabxanasına daxil edilib

1.4. Azərbaycan Respublikası Nazirlər Kabinetinin normativ hüquqi aktlarının "Kitabxana işi haqqında" Azərbaycan Respublikasının Qanununda dəyişiklik edilməsi barədə" Azərbaycan Respublikasının Qanununa uyğunlaşdırılmasını üç ay müddətində təmin edib Azərbaycan Respublikasının Prezidentinə məlumat versin;

1.5. mərkəzi icra hakimiyyəti orqanlarının normativ hüquqi aktlarının həmin Qanuna uyğunlaşdırılmasını nəzarətdə saxlasın və bunun icrası barədə beş ay müddətində Azərbaycan Respublikasının Prezidentinə məlumat versin;

1.6. həmin Qanundan irəli gələn digər məsələləri həll etsin.

2. Müəyyən edilsin ki, "Kitabxana işi haqqında" Azərbaycan Respublikası Qanununun 15-ci maddəsinin:

2.1. birinci hissəsinin birinci və ikinci bəndlərində nəzərdə tutulmuş müvafiq icra hakimiyyəti orqanının səlahiyyətlərini Azərbaycan Respublikasının Prezidenti həyata keçirir;

2.2. dördüncü hissəsində nəzərdə tutulmuş müvafiq icra hakimiyyəti orqanının səlahiyyətlərini Azərbaycan Respublikasının Nazirlər Kabineti həyata keçirir.

3. Azərbaycan Respublikasının Ədliyyə Nazirliyi mərkəzi icra hakimiyyəti orqanlarının normativ hüquqi aktlarının və normativ xarakterli aktların "Kitabxana işi haqqında" Azərbaycan Respublikasının Qanununda dəyişiklik edilməsi barədə" Azərbaycan Respublikasının Qanununa uyğunlaşdırılmasını təmin edib Azərbaycan Respublikasının Nazirlər Kabinetinə məlumat versin".

Qeyd edək ki, "Kitabxana işi haqqında" Azərbaycan Respublikasının Qanununda dəyişiklik edilməsi barədə Azərbaycan Respublikasının Qanununda deyilir:

Azərbaycanda yeni konsepsiyalı ilk kompleks-kitabxana açılıb

"Azərbaycan Respublikasının Milli Məclisi Azərbaycan Respublikası Konstitusiyasının 94-cü maddəsinin I hissəsinin 10-cu və 13-cü bəndlərini rəhbər tutaraq qərara alır:

"Kitabxana işi haqqında" Azərbaycan Respublikasının Qanununda (Azərbaycan Respublikasının Qanunvericilik Toplusu, 1999, № 3, maddə 158; 2002, № 5, maddə 245; 2003, № 12, I kitab, maddə 674; 2007, № 5, maddə 442, № 6, maddə 596; 2016, № 3, maddə 430) aşağıdakı dəyişikliklər edilsin:

1. 12-ci maddənin birinci hissəsində birinci halda "və" sözü ", elektron və digər" sözləri ilə əvəz edilsin.

2. 15-ci maddənin mətni aşağıdakı redaksiyada verilsin:

"Dövlət və qeyri-dövlət nəşriyyatları, nəşriyyat fəaliyyəti ilə məşğul olan poliqrafiya müəssisələri və digər hüquqi şəxslər (qəzet və jurnal redaksiyaları istisna olmaqla) buraxdığı çap məhsullarının:

- müvafiq icra hakimiyyəti orqanının müəyyən etdiyi orqanın (qurumun) kitabxanasına 3 pulsuz məcburi nüsxəsini;

- profilinə uyğun olaraq, Azərbaycan Respublikası Milli Məclisinin və müvafiq icra hakimiyyəti orqanının müəyyən etdiyi orqanın (qurumun) kitabxanalarına 2 pulsuz məcburi nüsxəsini göndərməlidirlər.

Azərbaycan Respublikasında nəşr olunan bütün qəzet və jurnal redaksiyaları buraxdığı qəzet və jurnalların 2 pulsuz məcburi nüsxəsini bu maddənin birinci hissəsində göstərilmiş kitabxanalara göndərməlidirlər.

Sifarişçi ilə nəşriyyat (naşir) arasında bağlanmış müqavilədə nəzərdə tutulduğu halda bu maddədə müəyyən edilmiş məcburi nüsxələrin elektron variantları da kitabxanalara təqdim edilir.

Kitabxanaların pulsuz məcburi nüsxələrlə (o cümlədən onların elektron variantları ilə) təchizatı qaydası müvafiq icra hakimiyyəti orqanı tərəfindən müəyyən edilir.

Kitabxana fondunun tərkibinə daxil olan obyektlərdən istifadə "Müəlliflik hüququ və əlaqəli hüquqlar haqqında" Azərbaycan Respublikası Qanununun tələblərinə uyğun olaraq həyata keçirilir.".