“İstanbul heç vaxt Konstantinopol olmayacaq və türklər heç vaxt bu şəhəri tərk etməyəcəklər”. Bunu Türkiyə Prezidenti Rəcəb Tayyib Ərdoğan Yeni Zelandiyada məscidlərə müsəlmanlara qarşı terror aktını və hadisəni törədənlərdən birinin manifestini şərh edərkən deyib.
Atlas Araşdırmalar Mərkəzinin rəhbəri politoloq Elxan Şahinoğlu Sputnik Azərbaycan-a deyir ki, Türkiyənin Avropa Birliyi ilə münasibətləri bir müddətdir gərgindir: “Bunun da səbəbləri var. Türkiyə Birliyə üzvlük üçün bir çox şərtləri yerinə yetirsə də yenə də üzv kimi qəbul olunmadı. Bundan sonra R.T.Ərdoğanın siyasəti sərtləşdi. Avropa da zaman-zaman Türkiyəyə qarşı haqsız ittihamlar irəli sürdü. Ərdoğanın Yeni Zellandiyada baş vermiş terrora bu qədər kəskin reaksiya verməsi də seçkilərdə səs qazanmağa hesablanıb. Görünür Avropanın tənqid olunması türkiyəli seçicilərdə rəğbət doğurur”.
Politoloqun geniş şərhinə audiofaylda qulaq asa bilərsiniz