Prezident maaşının bir hissəsini nazirliyə verdi

Tramp maaşının bir hissəsini Daxili Təhlükəsizlik Nazirliyinə verib
Sputnik

BAKI, 19 mart - Sputnik. ABŞ prezidenti Donald Tramp dövlət başçısı postunda işə görə aldığı maaşın bir hissəsini - 100 min dolları ABŞ-ın Daxili Təhlükəsizlik Nazirliyinin hesabına köçürüb.

"Report" xəbər verir ki, bu barədə o, özünün "Twitter" səhifəsində yazıb.

"Hərçənd mətbuat bu haqda yazmağı sevmir və onların yazmağı mənə lazım deyil - il ərzində prezidentin illik maaşının 400 min dollar ölçüsündə müxtəlif idarələrə verirəm. Bunu isə Daxili Təhlükəsizlik Nazirliyinə verirəm", - o, qeyd edib.