İQTİSADİYYAT

Mərkəzi Bank yeni məzənnəni açıqlayıb

Avronun məzənnəsi 0,10% artaraq 1,9288 manat olub
Sputnik

BAKI, 19 mart - Sputnik. Azərbaycan Mərkəzi Bankının bu günə olan rəsmi valyuta məzənnələrinə əsasən, ABŞ dollarının məzənnəsi dəyişməyərək 1,7000 manat olub. Avronun məzənnəsi 0,10% artaraq 1,9288 manat, Rusiya rublunun məzənnəsi isə 0,38% artaraq 0,0264 manat təşkil edib. 1 Gürcü larisi 0.6337, 100 İran rialı 0.0040, 1 Türk lirəsi 0.3110 manatdır. 

Qeyd edək ki, Mərkəzi Bankın dünənə olan rəsmi valyuta məzənnələrinə əsasən, ABŞ dollarının məzənnəsi 1,7000, avronun məzənnəsi 1,9271, Rusiya rublunun məzənnəsi isə 0,0263 manat təşkil edib. Bir gürcü larisi 0.6334, 100 İran rialı 0.0040, 1 türk lirəsi 0.3119 manat olub.