Dünyanın ən təhlükəsiz ölkəsi məlum oldu

Birləşmiş Ərəb Əmirlikləri dünyada ən təhlükəsiz ölkədir
Sputnik

BAKI, 19 mart - Sputnik. Birləşmiş Ərəb Əmirliklərinin (BƏƏ) əhalisinin 96,1 faizi gecə gəzintiləri zamani özlərini təhlükəsizlikdə hiss edirlər və bu da dünyada ən yüksək göstəricilərdən biridir.

AZƏRTAC xəbər verir ki, bu barədə Dubay polisinin ictimai təhlükəsizlik idarəsi sədrinin müavini, general Dahi Xalfan Təmim açıqlama verib.

Onun sözlərinə görə, dünya üzrə reytinqində bu göstəriciyə görə ikinci yeri Sinqapur tutur – 94 faiz. Ölkədəki bu yüksək nailiyyətin əsasında BƏƏ-nin rəhbərliyinin apardığı siyasət və strategiya dayanır.

General qeyd edib ki, əmirliyin polisi, həmçinin Nyu-Yorkdan sonra həyəcan çağırışına ən tez reaksiya verən ölkələr sırasında ikinci yeri tutur. Qeyd olunur ki, son il ərzində ölkədə kriminogen şərait yaxşılaşıb. Belə ki, ağır cinayətlərin sayı 2017-ci ildə 67,69 faiz təşkil edirdisə, 2018-ci ildə bu rəqəm 49,5 faizə düşüb. BƏƏ-də, həmçinin zorlamanın sayının rekord həddə aşağı səviyyədə qeydə alınıb – 1,2 faiz.