Təranə Xudabaxşiyeva, Sputnik Azərbaycan
BAKI, 18 mart — Sputnik. Bakı sakini Naib Teginin xoşagəlməz hadisə ilə rastlaşıb. Belə ki, şəxsi o, martın 17-də avtomobilini 20:00 radələrində məhəllədə saxlayaraq evə gedib. Səhər işə gedən zaman avtomobilinə yaxınlaşan Naib Tergin avtomobilin ön şüşəsinin qırıldığının şahidi olub. Bu barədə Naib Tegin özü Sputnik Azərbaycan-a məlumat verib.
O, açıqlamasında deyib ki, hadisə Məhəmməd Hadi və İlqar Zülfüqarov küçələrinin kəsişməsidə baş verib: "Orada böyük parkinq var. Axşamlar bina sakinləri avtomobillərini həmin ərazidə saxlayırlar. Səhər gələndə gördüm ki, avtomobilimin ön şüşəsi sınıb. Buna səbəb isə yaşayış sakinlərindən birinin evindən atdığı zibil torbasının avtomobilin şüşəsinə çırpılmasıdır. Buna ona görə əminəm ki, avtomobilin üzərində konserv qutusu, kartof qabığı və s zibil qalıqları var. Mənə 600 manat maddi ziyan dəyib".
Zərərçəkən Naib Tegin polisə müraciət etmədiyini deyib: "Axı ərazidə çox ailə yaşayır. Həm də küləkli havadır. Bu havada ola bilər başqa yerdən də külək zibil torbasını gətirb avtomobilimin ön şüşəsinə çırpsın. Ona görə şikayət etmədim".