HADİSƏ

Vurulan azyaşlının səhhəti normallaşır

O, bu gün reanimasiya şöbəsindən palataya yerləşdiriləcək
Sputnik

BAKI, 18 mart — Sputnik. İki gün öncə Göyçayda yol-nəqliyyat hadisəsi zamanı xəsarət alan azyaşlının səhhəti normallaşır. Bu barədə Sputnik Azərbyacan-a Səhiyyə Nazirliyindən məlumat verib.

Ucar şəhər sakini, 2012-ci il təvəllüdlü Abdullayev Saqil Anar oğlu bu gün reanimasiya şöbəsindən palataya yerləşdiriləcək.

Xatırladaq ki, yol-nəqliyyat hadisəsi martın 16-da Heydər Əliyev prospektində baş vermişdi. Xəsarət alan azyaşlı Göyçay rayon Mərkəzi Xəstəxanasının reanimasiya şöbəsinə yerləşdirilmişdi.