OPEC+ nazirlərinin Birgə Monitorinq Komitəsinin növbəti iclasının vaxtı dəqiqləşdi

Növbəti iclas Səudiyyə Ərəbistanın Ciddə şəhərində keçiriləcək
Sputnik

BAKI, 18 mart - Sputnik. OPEC və qeyri-OPEC ölkələri Nazirlərinin Birgə Monitorinq Komitəsinin növbəti iclası may ayında keçiriləcək.  

Sputnik Azərbaycan xəbər verir ki, bu barədə Bakıda OPEC və qeyri-OPEC ölkələri Nazirlərinin Birgə Monitorinq Komitəsinin (JMMC) 13-cü iclasında qərar qəbul edilib. 

Aprel ayında keçirilməsi planlaşdırılan Nazirlərinin Birgə Monitorinq Komitəsininiclasının mayda baş tutması, iyunun 25-də isə OPEC-in iclasının keçirilməsi qərara alınıb.

Növbəti iclas Səudiyyə Ərəbistanın Ciddə şəhərində keçiriləcək.

İclasda, həmçinin İraq, Qazaxıstan, Nigeriya və Birləşmiş Ərəb Əmirlikləri (BƏƏ) OPEC+ nazirlərinin Birgə Monitorinq Komitəsinin yeni üzvləri seçilib.

Qeyd edək ki, OPEC və qeyri-OPEC ölkələri Nazirlərinin Birgə Monitorinq Komitəsinin (JMMC)  Bakıda işə başlayan 13-cü iclasında OPEC ölkələrindən Birləşmiş Ərəb Əmirlikləri, Əlcəzair, İraq, Konqo, Küveyt, Liviya, Nigeriya, qeyri-OPEC ölkələrindən Bəhreyn, Bruney, Qazaxıstan, Rusiya iştirak edir. Martın 17-də isə Müştərək Texniki Komissiyasının 27-ci iclası keçirilib.