Ramella İbrahimxəlilova, Sputnik Azərbaycan
BAKI, 18 mart — Sputnik. Azərbaycan paytaxtının mərkəzində mənzil-tikinti kombinatının (MTK) komendantı intihar edib. Bu barədə Sputnik Azərbaycan-a Nəsimi rayon Prokurorluğundan məlumat verilib.
Hadisə ötən gün saat 13:30-da "Rahatlıq" MTK-nın Sarabski küçəsi, 16 ünvanındakı yeni tikilən binasında baş verib. Burada komendant işləyən Xırdalan şəhər sakini, 34 yaşlı Dadaş Eyvazov özünü hündürdən aşağı atıb və ölüb. Nəsimi rayon Prokurorluğunda faktla bağlı AR Cinayət Məcəlləsinin 125-ci maddəsi ilə cinayət işi açılıb.
İntiharın səbəbləri barədə hələlik heç nə məlum deyil. Əldə etdiyimiz məlumatlara görə, Eyvazovun heç bir maddi sıxıntısı olmayıb və buna görə də istintaq onun nağd pul borcu olduğuna dair ehtimalı dərhal kənara qoyub.