Təzyiqi aşağı salan meyvələrin adları bilindi

Portağal, limon, naringi, qreypfrut da təzyiqə kömək edən meyvələrdəndir
Sputnik

BAKI, 17 mart — Sputnik. Meyvələr hipertoniyanın müalicə üçün effektiv vasitələrdən biridir. Şirin meyvələr tərkibindəki mikroelementlər sayəsində qan təzyiqini aşağı sala bilir. Sputnik Azərbaycan Rusiya mətbuatına istinadla xəbər verir ki, kokos suyundan çox istifadə təzyiq xəstəliyindən əziyyət çəkənlər üçün yaxşı dərmandır.

İdeal təzyiq üçün 7 addım

Duzlu qidalar natriumun yüksək sıxlığı səbəbindən suyun bədəndən çıxmasının qarşısını alır. Kaliumla zəngin meyvələr isə su-duz balansını bərpa etməyə imkan verir. Kokosun tərkibi kaliumdan əlavə, manqan, maqnezium və kalsiumla da zəngindir.

Banan da təzyiqin qarşısını alan meyvələrdən biridir. Bir bananda təxminən 422 mq kalium var. Hipertoniklərin menyusunda avakado da olsa yaxşıdır.

Portağal, limon, naringi, qreypfrut da təzyiqə kömək edən meyvələrdəndir.

Həkimlər eyni zamanda təzyiq xəstəliyindən əziyyət çəkənlərə moruq, çiyələk, qarağat də yeməyi məsləhət görürlər.