CƏMİYYƏT
Cəmiyyətin həyatında baş verən aktual hadisələr

Dağıntılar arasında “tənha qala”, yaxud "Yasamal sakini nə istəyir?"

Samir Babayev: “O pula da elə bu ərazilərdə yeni mənzil almaq istəyirəm”
Sputnik

İradə Cəlil, Sputnik Azərbaycan

BAKI, 17 mart — Sputnik. 2016-cı ildə Nazirlər Kabinetinin 86 saylı qərarı qəbul edildikdən sonra Bakının 9 rayonunda əhalinin yaşayış şəraitinin yaxşılaşdırılması məqsədilə qəzalı vəziyyətdə olan evlərin söküntüsünə başlanıldı. Qərardan sonra paytaxtın bir çox ərazilərində söküntü bumu vüsət götürdü. Bu proseslər fonunda narazı qalan vətəndaşlar da az olmadı. Elə Samir Babayev kimi...

Dağıntılar arasında “tənha qala”, yaxud "Yasamal sakini nə istəyir?"

Samir Babayev Yasamal rayonu Qara Qarayev küçəsi, dalan 12, mənzil 8-də yaşayır. Dediyinə görə, iki il əvvəl Yasamal Rayon İcra Hakimiyyətinin nümayəndələri əraziyə baxış keçirərək evlərin sahələrini müəyyən ediblər. S.Babayevin evi də mütəxəssislər tərəfindən ölçülüb. İcra hakimiyyətinə dəvət edildiyi zaman ona bildirilib ki, evinin ölçüsü 26 kvadratmetrdir.

Babayev Sputnik Azərbaycan-a açıqlamasında iddia edir ki, onun evi, əslində 48 kvadratmetr olub: "İcra hakimiyyətindən bildirildi ki, evimin sahəsi kiçik olduğu üçün mənə 41 min manat pul təklif edilir. Razılaşmadım. Bildirdim ki, mən şəhərin mərkəzində yaşayıram, uşaqlarım bu evdə böyüyüb. Təklif edilən pulla ancaq Masazırda ev ala bilərəm. Cavab olaraq bildirdilər ki, o zaman iş məhkəməlik olacaq".

Dağıntılar arasında “tənha qala”, yaxud "Yasamal sakini nə istəyir?"

Sonradan S.Babayevin evinin ətrafındakı bütün evlər sökülüb, bircə onun evindən başqa. Bir müddət sonra isə onun evinə gələn kommunal xidmətlər dayandırılıb. Hazırda Babayevlər ancaq elektrik enerjisi hesabına yaşayırlar.

S.Babayev deyir ki, su xətti də 3 ay öncə kəsildiyi üçün o, evinə suyu plastik qablarla daşıyır: "Yaşlı adamam, su daşımaqdan belim bükülüb. Mənim istədiyim sadəcə olaraq evimin dəyərinin mənə ödənilməsidir. Evim 48 kvadratmetrdir və evimin haqqını ödəmələrini tələb edirəm. O pula da elə bu ərazilərdə yeni mənzil almaq istəyirəm. Niyə bu yaşdan sonra gedib uzaq bir qəsəbədə yaşamalıyam?"

Dağıntılar arasında “tənha qala”, yaxud "Yasamal sakini nə istəyir?"

Babayev danışır ki, onun narazı olduğuna görə Yasamal Rayon İcra Hakimiyyətinin nümayəndələri evini yenidən ölçüblər: "Bu dəfə ev 42 kvadratmetr oldu. Məndən bu ölçü ilə razılaşıb, razılaşmadığımı soruşdular. Mən də razılaşdım. Nə qədər pul istədiyimi soruşanda isə 100 min manat dedim. İstəyimi rəhbərliyə çatdıracaqlarını bildirdilər. Ancaq heç bir xəbər çıxmadı. Üç aydır ki, ətrafdakı bütün evlər sökülüb, ailəmlə tək yaşayıram. Bir neçə gün öncə ağır xəstələnmişdim, təcili yardım əraziyə çox çətinliklə gəldi".

S.Babayev qeyd edir ki, bu işlə bağlı 3 dəfə inzibati məhkəmə keçirilib: "Birinci dəfə icra hakimiyyətinə 45 gün vaxt verildi ki, məni razı salsınlar. Və o gündən mənə təklif edilən pul qəpik-qəpik artırıldı. Sonuncu dəfə mənə 50 min manat təklif edildi. Amma mən bu məbləğlə razı deyiləm".

Babayev probleminin həlli üçün aidiyyəti atı qurumlara da müraciət edib. Problemi həll olunana qədər də evini tərk etmək fikri yoxdur.

Məsələ ilə bağlı Yasamal Rayon İcra Hakimiyyətinə müraciət etdik. İcra başçısının birinci müavini Elçin Rzayev açıqlamasında bizə bildirdi ki, narazı sakin şikayəti ilə bağlı yenidən Yasamal Rayon İcra hakimiyyətinə müraciət etsin: "Onun şikayətinə baxılacaq".