HADİSƏ

Bakıda avtobus qəzası, yaralananlar var

Lökbatan dairəsi istiqamətində böyük tıxac yaranıb
Sputnik

BAKI, 17 mart — Sputnik. Bakıda sərnişin avtobusu qəzaya uğrayıb.

Sputnik Azərbaycan-ın məlumatına görə, hadisə Qaradağ rayonunda, kənar dairəvi yolda baş verib. “Temsa” markalı sərnişin avtobusu dəmir arakəsmələrə dəyib.

Xəsarət alanların olduğu bildirilir. Hadisə yerinə təcili tibbi yardım briqadaları cəlb olunub.

Nəticədə Lökbatan dairəsi istiqamətində böyük tıxac yaranıb.