CƏMİYYƏT
Cəmiyyətin həyatında baş verən aktual hadisələr

Azərbaycanda zəlzələ olub

Təkanlar yerli vaxtla saat 08:34-də Zərdab stansiyasından 8 km cənubda qeydə alınıb
Sputnik

BAKI, 16 mart — Sputnik. Zərdab rayonunda zəlzələ olub.

Sputnik Azərbaycan Seysmoloji Xidmət Mərkəzinə istinadən xəbər verir ki, ilkin məlumata əsasən, yerli vaxtla saat 08:34-də Zərdab stansiyasından 8 km cənubda Zərdab ərazisində zəlzələ qeydə alınıb. 3.3 maqnitudalı zəlzələ 30 km dərinlikdə baş verib və hiss olunmayıb.