İraqın şimalında atışma – İki türk hərbçisi şəhid oldu

Türkiyənin Milli Müdafiə Nazirliyi məlumat yayıb
Sputnik

BAKI, 16 mart — Sputnik. Türkiyənin Milli Müdafiə Nazirliyi İraqın şimalında PKK terror təşkilatına qarşı keçirilmiş əməliyyatlarda iki əsgərin öldüyünü və 8 əsgərin yaralandığını açıqlayıb.

Sputnik Azərbaycan "Haber7"ə istinadla xəbər verir ki, əməliyyatlarda atışma zamanı 6 terrorçu zərərsizləşdirilib.

Nazirliyin verdiyi açıqlamaya görə, terrorçulardan biri qadındır.