MƏDƏNİYYƏT

Prezident Xalq artistinə mənzil hədiyyə etdi

“Cənab Prezident şəxsən mənə Bakı şəhərinin 9-cu mikrorayon ərazisində 3 otaqlı mənzil hədiyyə edib”
Sputnik

BAKI, 16 mart — Sputnik. Prezident İlham Əliyev xalq artisti Əjdər Həmidova 3 otaqlı mənzil hədiyyə edib.

Sputnik Azərbaycan ONA-ya istinadla xəbər verir ki, bu barədə xalq artisti Əjdər Həmidov məlumat verib.

Prezident Xalq artistinə mənzil hədiyyə etdi

O bildirib ki, Prezident İlham Əliyev bayramqabağı imzaladığı bütün fərman və sərəncamlarla sənət adamlarını sevindirib.

“Cənab Prezident şəxsən mənə Bakı şəhərinin 9-cu mikrorayon ərazisində 3 otaqlı mənzil hədiyyə edib. Buna görə də cənab Prezidentə sənət adamları və öz adımdan təşəkkürümü bildirirəm. Ölkə başçısı İlham Əliyevin və onun xanımı Mehriban Əliyevanın bayramını təbrik edirəm”, - deyə xalq artisti bildirib.