CƏMİYYƏT
Cəmiyyətin həyatında baş verən aktual hadisələr

Şəbəkədə nöqtə, vergül davası – Səbəb isə...

İlkin Sabiroğlu: "Nəinki "Facebookda", hətta "Whatsapp"da da problem yaranmışdı
Sputnik

Təranə Xudabaxşiyeva, Sputnik Azərbaycan

BAKI, 16 mart — Sputnik. İki gün öncə dünyanın ən populyar sosial şəbəkələrində yaşanan problemlər hamını bir-birinə vurdu. Yaranmış problem səbəbindən sosial şəbəkə istifadəçiləri status yaza bilmirdi, hətta yazılara rəy də yazmaları mümkün olmurdu.

"Facebook"da önəmli dəyişiklik baş verir

Bir çox sosial şəbəkə istifadəçisi düşünürdü ki, Facebook və Instagram saxta profilləri ləğv etmək üçün bu geniş miqyaslı hücuma başlayıb. Ona görə də, istifadəçilər dostluğunda olan şəxslərdən statuslarına durğu işarələri qoyaraq saxta profil olmadıqlarını sübuta yetirmək üçün kömək istəyirdi.

Nəticədə, qısa müddət davam edən problem sosial şəbəkədə əsl panikaya səbəb olub. Sputnik Azərbaycan baş verənləri nəzərə alaraq, sosial şəbəkələrdə sorğu keçirib. Sosial şəbəkə istifadəçilərinə "Dünən gecədən başlayaraq sosial şəbəkələrdə və "WhatsApp" da nə kimi problemlər ilə üzləşmisiniz və bu problem hələ də davam edirmi" sualı ünvanlanıb.

Cavablar isə belə olub:

Şahpəri Abbasova: "Məndə "Facebook" bir müddət işləmədi. Rəy yazdım, getmədi. "WhatsApp"da da şəkil göndərəndə problem yarandı”.

İlkin Sabiroğlu: "Nəinki "Facebookda", hətta "WhatsApp"da da problem yaranmışdı. Nə səsli mesaj göndərmək olurdu, nə də şəkil göndərmək mümkün idi".

Rəfail Səlimov: "Saat 20:00-dan sonra "Facebook"da problem yarandı. "Instagram"da ana səhifə də yenilənmirdi, mesaj qutusu da. Bilmirdim kim nə yazıb. "WhatsApp"da isə yazılı mesajlaşmada problem yox idi, amma foto, video və səsli mesaj yollamaq mümkün deyildi. "Facebook"da eyni problem. "Messenger"də hər hansı söhbət, foto, zəng sadəcə olaraq mümkün deyildi ".

Turanə Məmmədli: "Mən ümumiyyətlə sosial şəbəkələrdə problem olduğunu hiss etməmişəm".

"Facebook"la rəqabətə davam gətirməyən sosial şəbəkə bağlanır

Aysel Aslan: "İstifadəçilərin nöqtə, vergül istəməyə başladığı vaxtdan profilimdə problemlər yaşanmağa başladı. Kompüterdən daxil olaraq mesaj yazanda getmədi, yaxud rəy yazanda paylaşılmadı. Amma sonradan bu düzəldi. Hələlik profilimdə heç bir problem yoxdur".

Natiq Uğurlu: "Məni dostlarımın nöqtə "dilənməyi" bezdirdi. Səhifəm ancaq nöqtə istəyənlər ilə dolmuşdu. Məncə nöqtəlik deyildi".

Sahibə Dadaşova: "Sosial şəbəkələrdən çox az istifadə edirəm. Ona görə də mənə maraqlı deyil. Daha çox real ünsiyyətə meyilliyəm".

Tahirə Hacıqızı: "Öncə elə bildim ki, problem tək məndə yaranıb. Düşündüm ki, "Facebook" məni cəzalandırıb. Amma görəndə ki, digər dostlarım da yazır, anladım ki, problem daha böyükmüş".

Səbinə Yadigarova: "Problem yarandı. Nə şəkil göndərə bilirdim, nə status yaza bilirdim, nə də rəy. Yaxşı ki, indi düzəldi".