Politoloq: “Azərbaycan leqal şəkildə sözünü deməyə çalışır”

Politoloq Mübariz Əhmədoğlu deyir ki, forumda keçmiş rəhbər şəxslərin də iştirakı onun fərqləndirici cəhətini göstərir
Sputnik

“Azərbaycan çalışır ki, leqal şəkildə dünya idarəçiliyində öz sözünü desin”. Bunu Sputnik Azərbaycan-a Bakıda keçirilən VII Qlobal Bakı Forumunun əhəmiyyəti haqqında danışarkən politoloq Mübariz Əhmədoğlu deyib.

Politoloqun sözlərinə görə, bəzi dövlətlər gizli birliklər yaradıb onunla idarə olunurlar: “Azərbaycan müsəlman dövlətidir. Hamı düşünür ki, bu müsəlman dövlətidirsə pulunu başqa istiqamətlərə xərcləyəcək. Biz isə belə tədbirləri təşkil etməklə göstəririk ki, pulumuzu dünyada gedən proseslərin təhlilinə, yumşalmasına sərf edirik. Forumda keçmiş rəhbər şəxslərin də iştirakı onun fərqləndirici cəhətini göstərir”.

Qeyd edək ki, martın 14-də Bakıda “Dünyanın yeni xarici siyasəti” mövzusunda VII Qlobal Bakı Forumu işə başlayıb.

Politoloqun geniş şərhinə audiofaylda qulaq asa bilərsiniz