BAKI, 15 mart — Sputnik. Türkiyənin İzmir şəhərinin “Tepecik Eğitim ve Araştırma” xəstəxanasında dəhşətli yanğın baş verib.
Sputnik Azərbaycan-ın Türkiyə mediasına istinadən xəbərinə görə, hadisə baş verən anda xəstəxanada 15 əməliyyat icra edilirdi. Məlumata görə, hadisə baş verdiyi anda əməliyyatlar dərhal dayandırılıb. Hadisə nəticəsində 300-ədək xəstənin hamısı ərazidən evakuasiya olunub. Hələ ki, ölənlərin olub-olmaması ilə bağlı heç bir məlumat verilmir.