RUSİYA

Rusiyanın ən böyük problemi açıqlandı

"Rusiya liderləri" müsabiqəsi "Rusiya – fürsətlər ölkəsi" açıq platformasının layihəsidir
Sputnik

BAKI, 15 mart — Sputnik. Rusiya "Sberbank"-nın rəhbəri German Qref "Rusiyanın liderləri" forumunda ölkənin əsas probleminn nə olduğunu qeyd edib.

Sputnik Azərbaycan Rusiya mətbuatına istinadla xəbər verir ki, tədbir canlı olaraq forumun "Facebook" səhifəsində yayımlanıb.

Jurnalistlər Qrefdən Rusiyanın zamanla qarşılaşa biləcəyi 3 çətinlik barədə sual verib. Cavabında o, qeyd edib ki, ölkə hazırda "effektiv dövlət idarəetmə sisteminin olmamasından" əziyyət çəkir. O bildirib ki, bu problem həll olunduğu zaman digər problemlər avtomatik olaraq öz həllini tapacaq.

Qeyd edək ki, "Rusiya liderləri" müsabiqəsi "Rusiya – fürsətlər ölkəsi" açıq platformasının layihəsidir.

Finala Rusiyanın 21 bölgəsindən 300 nəfər keçə bilib.

Onlar bir milyon rubl (25911 manat) məbləğində təhsil qrantı alacaqlar və qaliblər il ərzində biznes və dövlət idarəçiliyində ən yaxşı liderlərdən biri ilə işləyə biləcəklər.

Bu il layihənin son mərhələsi Soçidə keçirilir.