Mətbuat mərkəzi

Minlərlə ailə öz halal mənzilində qeydiyyata alınacaq

Çoxmənzilli binaların istismarı və onların sənədlərlə təchiz edilməsi problemi əhalimizi narahat edən ən mühüm məsələlərdən biri olaraq qalır.
Sputnik

Fevralın 19-da ölkə başçısı İlham Əliyev bəzi çoxmənzilli binaların istismarına icazə verilməsinin sadələşdirilməsi haqqında Fərman imzalayıb. Bu fərmanın daşınmaz əmlak bazarına təsiri bu gün Sputnik Azərbaycan Multimedia Mətbuat Mərkəzində keçirilən mətbuat konfransının mövzusu olub.

Azərbaycan Rieltorlar Assosiasiyasının icraçı direktoru Elnur Azadov bildirib ki, hal-hazırda 400-ə yaxın bina Fövqəladə Hallar Nazirliyində qeydiyyatdan keçməyib. Daha 100-ə yaxın binanın isə tam dövlət qəbulu baş verməyib. Buna görə də, 60000 ailənin hüquqları tam təmin olunmayıb. Onlar öz mənzillərinə qeydiyyata düşə bilmir, bu mənzillərdən yalnız sığınacaq kimi istifadə etmək məcburiyyətində qalırlar.  Mütəxəssisin fikrincə, Prezident İlham Əliyevin imzaladığı fərman illərlə yığılıb qalmış bu problemlərin həllinə gətirib çıxaracaq.