BAKI, 15 mart — Sputnik. Yeni Zelandiyada məscidlərdə törədilən terror aktı nəticəsində həlak olanların sayı 49-a çatıb. Sputnik Azərbaycan "New Zealand Herald"-a istinadən xəbər verir ki, bunu ölkə polisinin rəhbəri Mayk Buş deyib.
Qeyd edək ki, daha əvvəl Yeni Zelandiyanın baş naziri Casinda Ardern hazırda Kraystçerç şəhərində yerləşən məscidlərə silahlı hücumla bağlı ölkənin yüksək rütbəli məmurları ilə brifinq keçirib. Ardern xalqa müraciətində qeyd edib ki, bu, Yeni Zelandiyanın ən qara günlərindən biridir. Onun sözlərinə görə, ölkədə ən yüksək dərəcəli təhlükəsizlik rejimi elan edilib.
Baş nazirin sözlərinə görə, hadisədən sonra 4 nəfər öz ekstremist baxışlarına görə saxlanılıb, lakin onlardan heç biri polis nəzarətində olmayıb: "Bu, aydındır ki, baş verənləri yalnız terror aktı kimi dəyərləndirmək olar. Bildiklərimiz deməyə imkan verir ki, bu, çox yaxşı planlaşdırılmış aktdır. Şübhəli avtomobillərə yerləşdirilən iki partlayıcı qurğu aşkarlanıb və zərərsizləşdirilib".