BAKI, 15 mart — Sputnik. Yerevan məhkəməsi Ermənistanın keçmiş prezidenti Robert Koçaryanın həbs müddətini iki ay uzadıb. Sputnik Azərbaycan Rusiya mətbuatına istinadla xəbər verir ki, bu barədə onun vəkili Aram Orbelyan məlumat verib.
O bildirib ki, məhkəmə xüsusi istintaq xidmətinin vəsatətini təsdiqləyib, ancaq Koçaryanın ədalətdən yayına biləcəyi ilə bağlı təhlükə yoxdur. Daha əvvəl Koçaryanın digər müdafiəçisi Ayik Alumyan qeyd etmişdi ki,onun müvəkkilinə qarşı ittihamlar heç nəyə əsaslanmır. Onun fikrincə, Koçaryandan psixi təzyiq yolu ilə etirafedici sübutlar əldə etmək istəyirlər. Bu isə qanuna ziddir.
Xatırladaq ki, Koçaryan haqqında 2008-ci il 1 mart tarixində konstutsiyanın nizamını pozaraq, etiraz aksiyalarının dağılması ittihamı irəli sürülüb. Eyni zamanda onu külli miqdrada rüşvət almaqda da ittiham edirlər.