RUSİYA

Daha bir "Boeing" olayı baş verdi

Rusiyada “Boeing” təyyarəsi qəfil eniş etdi
Sputnik

BAKI, 15 mart — Sputnik. Rusiyanın Mirnıy şəhərindən Moskvaya uçan “Boeing 737-800” təyyarəsi təcili eniş edib. Sputnik Azərbaycan-ın Türkiyə mediasına istinadən xəbərinə görə, təyyarə "Alrosa" aviaşirkətinə məxsus olub. Məlumata görə, təyyarədə 157 sərnişin və 6 heyət üzvü olub.

Təyyarənin mühərrikində yaranan nasazlıq səbəbindən eniş etdiyi irəli sürülüb.

Xatırladaq ki, bir neçə gün öncə Efiopiyada “Boeing 737” hava təyyarəsinin qəzasından sonra bir sıra ölkələr, o cümlədən də Rusiya bu şirkətə məxsus təyyarələrin uçuşunun dayandırılması qərarını vermişdi.