HADİSƏ

Bakıda yaşayış binasında yanğın olub

Yanğın yanğından mühafizə bölmələri tərəfindən söndürülüb
Sputnik

BAKI, 15 mart — Sputnik. Binəqədi rayonunda 5 mərtəbəli yaşayış binasında yanğın baş verib. Bu barədə Sputnik Azərbaycan-a Fövqəladə Hallar Nazirliyindən məlumat verilib.

Məlumata görə, yanğın zamanı beşmərtəbəli yaşayış binasının pilləkən qəfəsinin ikinci mərtəbəsində qaz sayğacı və elektrik kabeli yanıb. Hadisə zamanı 10 nəfər bina sakini yanğınsöndürənlər tərəfindən təhlükəsiz əraziyə təxliyə olunub.

Mənzillər yanğından mühafizə olunub. Yanğın yanğından mühafizə bölmələri tərəfindən söndürülüb.