AŞPA-nın komitə iclası keçiriləcək

İclasda Milli Məclisin deputatı iştirak edəcək
Sputnik

BAKI, 15 mart — Sputnik. Martın 18-də Fransanın Paris şəhərində Avropa Şurası Parlament Assambleyasının Prosedur qaydaları, immunitetlər və institusional məsələlər komitəsinin iclası keçiriləcək. Bu barədə Sputnik Azərbaycan-a Milli Məclisin mətbuat xidmətindən məlumat verilib.

Bildirilib ki, tədbirdə Milli Məclisin deputatı Elşad Həsənov iştirak edəcək.

İclasda müstəqil araşdırmalar mərkəzinin AŞPA çərçivəsində korrupsiyaya dair iddialar barədə hesabatı dinləniləcək, komitənin verdiyi nəticələrin və tövsiyələrin qiymətləndirilməsi barədə fikir mübadiləsi aparılacaq.

Səfər martın 19-da başa çatacaq.