Akif Əli təqaüdə göndərildi

Bundan sonra sırf yaradıcılıq fəaliyyətilə məşğul olacağam
Sputnik

BAKI, 15 mart — Sputnik. Nazirlər Kabinetinin Mətbuat Xidmətinin rəhbəri Akif Əli vəzifədən azad olunması barədə xəbərə münasibət bildirib. Sputnik Azərbaycan-a açıqlamasında Akif Əli baş nazir Novruz Məmmədova təqaüdə göndərilməsi üçün müraciət etdiyini bildirib.

Buna görə də müraciəti cavabsız qalmayıb: "Bir müddət əvvəl cənab Baş nazirdən təqaüdə göndərilməyim üçün xahiş etmişdim. O da müvafiq qərar verdi. Bundan sonra sırf yaradıcılıq fəaliyyətilə məşğul olacağam".