Türkiyədə ağır yol qəzası baş verib

Faktla bağlı araşdırmaya başlanılıb
Sputnik

BAKI, 15 mart - Sputnik. Türkiyənin İzmir şəhərinin Çiğli bölgəsində mikroavtobusla bələdiyyə avtobusu toqquşub. AZƏRTAC xəbər verir ki, hadisə nəticəsində 10 nəfər yaralanıb.

Toqquşmanın təsirindən avtobus aşıb. Hadisə yerinə təcili tibbi yardım briqadaları cəlb olunub. Yaralılar ətrafdakı xəstəxanalara yerləşdiriliblər.

Faktla bağlı araşdırmaya başlanılıb.