BAKI, 15 mart - Sputnik. "Facebook"un baş icraçı direktoru Kris Koks şirkəti tərk edib.
“Report” xəbər verir ki, bu barədə "The Washington Post" qəzeti yazıb.
Nəşrin məlumatına görə, bir neçə il ərzində ilk dəfə olaraq Koks səviyyəsində top-menecer "Facebook"u tərk edir.
Bildirilir ki, Koks şirkətdə 13 illik fəaliyyətin ardından nə üçün getdiyini açıqlamayıb.
"Facebook"un təsisçisi Mark Sukerberq Koksun gedişini təsdiq edib.