Dönərdən zəhərlənən şəxslərdən xəbər var

Zəhərlənənlərin bəziləri evə buraxılıb
Sputnik

BAKI, 14 mart — Sputnik. Paytaxtın Nərimanov rayonunda kütləvi zəhərlənmə hadisəsi baş verib. Hadisə ötən gün axşam saatlarına doğru paytaxtın "Nəriman Nərimanov" metrostansiyasının qarşısında yerləşən dönər obyektlərinin birində baş verib.

Səhiyyə Nazirliyindən Sputnik Azərbaycan-a zəhərlənənlərin son durumu ilə bağlı məlumat verilib. Qeyd olunub ki, ilkin tibbi yardım göstərildikdən sonra 1 saylı Kiliniki Tibbi Mərkəzə gətirilən 3 nəfər artıq evə buraxılıb.

"Xəstəxanada qalan xəstələrin ümumi vəziyyəti kafidir, həyati təhlükələri yoxdur" - deyə nazirlikdən verilən məlumatda əlavə olunub.

Dönərdən zəhərlənən şəxslərdən xəbər var

Xatırladaq ki, ötən gün Təcili və Təxirəsalınmaz Tibbi Yardım Xidməti ilə 5 nəfər Kiliniki Tibbi Mərkəzin "Yoluxucu Xəstəliklər" şöbəsinə yerləşdirilib. Zəhərlənənlərin digər ikisi isə 2 saylı "Uşaq Klinik Xəstəxanası"na aparılıb.